Minik maşını ilə sərnişin avtobusu toqquşub

21 Aprel 2019 10:14 (UTC+04:00)
Bakının Binəqədi rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. SİA xəbər verir ki, Novxanı qəsəbəsi istiqamətində hərəkətdə olan sərnişin avtobusu ilə minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb. Yaralılar - Tağıyev Ayaz (35 yaş), Alıyev Rizvan (51), Məmmədov Xəyyam (38), Səfərov Bəxtiyar (38) və Məmmədov Eldəniz (49) müxtəlif dərəcəli bədən xəsarətləri ilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıların hansı nəqliyyat vasitəsində olduğu məlum deyil.