Binəqədidə 17 yaşlı gənc bıçaqlanıb

21 Aprel 2019 04:06 (UTC+04:00)

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Belə ki, 2002-ci il təvəllüdlü Vəliyev Kənan qarın boşluğunun dəlib keçən yarası ilə əvvəlcə Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasına, oradan isə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Hadisənin hansı zəmində törədildiyi məlum deyil.