"Atletiko"dan səfər qələbəsi

21 Aprel 2019 00:19 (UTC+04:00)

Madrid "Atletiko"su İspaniya La Liqasında növbəti oyununa çıxıb. Madrid klubu 33-cü turda səfərdə "Eybar"la qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

"Eybar" - "Atletiko" - 0:1
Qol: Lemar

Bu qələbə ilə xalını 68-ə yüksəldən Dieqo Simeonenin komandası turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Barselona" 74 xalla (32 oyundan) 1-ci, "Real" 61 xalla (32 oyundan) 3-cüdür.