Renat Dadaşovun komandası qələbə qazanıb

20 Aprel 2019 11:02 (UTC+04:00)

Portuqaliya Sequndasında 30-cu tura start verilib. SİA-nın məlumatına görə, Azərbaycanın U-21 millisinin üzvü Renat Dadaşovun formasını geydiyi "Eştoril" "Oliveyrense"ni qəbul edib və 3:1 hesablı qələbə qazanıb.

Renat 37-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Eştoril" 51 xalla Sequndanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb.