Mərhum reperin bəstələdiyi mahnıya klip çəkiləcək
27 Yanvar 2011 20:31 (UTC+04:00)
Azərbaycanlı müğənni Roza Zərgərli və "Klan-A-Plan" qrupu yeni duetlərini təqdim edəcəklər. Müğənni Roza Zərgərlinin SIA-ya verdiyi məlumata görə, mahnı "İki nəfərlik stol" adlanır. Mahnının sözləri Timona, musiqisi isə 26 yaşında dünyasını dəyişən "Klan-A-Plan" qrupunun solisti reper Rüfət Əfəndiyevə məxsusdur.
Yaxın günlərdə sözügedən mahnıya klip çəkiləcək. Klip əcnəbi rejissor tərəfindən lentə alınacaq.