İlk kvartalda gəlirlər 5,4 milyard, xərclər isə 5 milyard manat olub

18 Aprel 2019 11:49 (UTC+04:00)

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 5 milyard 439,7 milyon manat, xərcləri 5 milyard 35,9 milyon manat təşkil edib. SİA Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, büdcənin icrasında 403,8 milyon manatlıq və ya ümumi daxili məhsulun 2,2 faizi qədər profisit yaranıb.