Maurisio Poçettino: "Mançester Siti"yə üç qol vurmaq çətindir"

18 Aprel 2019 11:20 (UTC+04:00)

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino Çempionlar Liqasının 1/4 finalında "Mançester Siti" ilə cavab oyunundan (3:4) sonra fikirlərini bildirib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mütəxəssis qarşılaşmanı belə şərh edib: "İnanılmaz idi! Çox xoşbəxtəm. Oyunçularımla qürur duyuram. "Mançester Siti"ni gözəl oyuna görə təbrik edirəm. Ammma bizim daha çox mübarizə apardığımızı düşünürəm. Oyunçularımın hamısı qəhrəmandır. Onlar meydanda xarakter göstərdilər.

Hər iki matç gərgin keçdi. Bərabər səviyyəli oyun idi. "Mançester Siti"yə üç qol vurmaq çətindir. Son Hın Min fantastik oynadı. Çempionlar Liqasında vurduğu iki qol onun səviyyəsini göstərir.

Sterlinqin qolundan sonra ağlımdan çox şey keçdi. Məyusluq çox böyük idi, amma qərar dəyişdi. Futbolu buna görə sevirik".

Xatırladaq ki, "Tottenhem" iki oyunun nəticəsinə əsasən (1:0, 3:4) növbəti mərhələyə vəsiqə qazanıb.