"Arsenal" Çingiz Ündər üçün 60 milyon avro təklif edəcək

18 Aprel 2019 10:17 (UTC+04:00)

"Arsenal" Çingiz Ündərin transferi üçün "Roma"ya yeni təklif hazırlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, London klubu türk klubuna 60 milyon avro təklif edəcək. "Arsenal"ın baş məşqçisi Unay Emeri 21 yaşlı futbolçunun yayda komandaya qoşulmasını istəyir.

Qeyd edək ki, Çingiz Ünder cari mövsümdə keçirdiyi 28 oyunda 6 qol vurub və 9 məhsuldar ötürmə edib.