Madeyra adasında üçgünlük matəm

18 Aprel 2019 09:24 (UTC+04:00)

Portuqaliyanın Madeyra adasında turist avtobusunun qəzaya uğraması nəticəsində çox sayda insan həlak olduğu üçün yerli hökumət aprelin 18-dən başlayaraq üçgünlük matəm elan edib. SİA RİA Novosti agentliyinə istinadla xəbər verir ki, qəza nəticəsində 29 nəfər həlak olub.

Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, turistlər Almaniyadan gəlirmişlər. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus yoldan çıxıb və evin üstünə aşıb. Hadisə Kanisu rayonunda baş verib. Madeyra hökuməti üçgünlük matəm elan etməsi barədə “Facebook” səhifəsində məlumat yayıb.