Müxalifət fraksiyaları qanun layihəsinə qarşı ERMƏNİSTANDA

18 Aprel 2019 08:32 (UTC+04:00)

Ermənistan parlamentinin müxalifət fraksiyaları – “İşıqlı Ermənistan” və “Çiçəklənən Ermənistan” partiyaları ölkə hökumətində struktur dəyişikliklərinə dəyişikliklə bağlı qanun layihəsinin əleyhinə səs verəcəklər. SİA aysor-a istinadən xəbər verir ki, Sənəddə nazirliklərin sayının 17-dən 12-yə qədər azaldılması təklif olunur. Qanun layihəsinin lehinə isə yalnız iqtidarın “Mənim addımım” fraksiyası səs verəcək.

Müxalifətçi fraksiya təmsilçilərinin sözlərinə görə, mövcud qanun layihəsi ilə hakimiyyətin icra effektivliyinin artırılmasında hər hansı hədəfə çatmaq mümkün deyil.

Qeyd edək ki, qanun layihəsinə görə, Ermənistanda əmək və sosial məsələlər, səhiyyə nazirliyi, ədliyyə nazirliyi, müdafiə nazirliyi, FHN və XİN, elm, təhsil, mədəniyyət və idman nazirliyi, ətraf mühitin qorunması nazirliyi, ərazilərin və infrastrukturların idarə edilməsi nazirliyi, sənaye və yüksək texnologiyalar nazirliyi, iqtisadiyyat və maliyyə nazirlikləri fəaliyyət göstərəcəklər.

Ermənistan hökumətində kənd təsərrüfatı nazirliyi, energetika və təbii resurslar, mədəniyyət, idman və gənclərlə iş üzrə, diaspora nazirlikləri ləğv ediləcək.