Qaradağda ölümlə nəticələnən yol qəzası olub

18 Aprel 2019 02:02 (UTC+04:00)

Bakının Qaradağ rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, Xocahəsən yolu ilə hərəkətdə olan "Mercedes" markalı avtomobil 1950-ci il təvəllüdlü Əsgərov Əli Əsgər oğlunu vurub.

Hadisəni törədən şəxs (ad-soyad hələ ki, məlum deyil) yaralını dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə aparıb. Lakin ağır kəllə-beyin travması almış kişinin həyatını xilas etmək mümkün olmayıb.