İmamoğlu: "Mən özümü bu şəhərin insanlarına həsr edirəm"

18 Aprel 2019 00:38 (UTC+04:00)

İstanbul Böyükşəhər bələdiyyəsinin başqanı Əkrəm İmamoğlu xalq qarşısında çıxış edərkən maraqlı fikirlər səsələndirib. O bildirib ki, o özünü bu şəhərin insanlarına həsr edəcək::

"Mən özümü bu şəhərin insanlarına həsr edirəm, hamınıza söz verirəm. Xoş gəldin, İstanbul. Heç vaxt imtina etməmişik. Haqdan, hüquqdan, ədalətdən heç vaxt imtina etməmişik. Bu şəhərin vicdanından, bu şəhərin əxlaq duyğularından, ədalət duyğusundan əsla imtina etməmişik, etməyəcəyik. Xahiş edirəm, bu hissəsinə yaxşı qulaq asın. Baxın, mən Allahıma şükür edirəm ki, mənə dünyanın ən gözəl şəhərini, bu şəhərin insanlarını idarə etmək şansı tanıdı", - İmamoğlu qeyd edib.