Tramp İtaliyanın Baş naziri ilə görüşüb

17 Aprel 2019 23:43 (UTC+04:00)

Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp İtaliyanın Baş naziri Cüzeppe Konte ilə görüşündə Liviyadakı vəziyyəti müzakirə edib.

SİA-nın xarici kütləvi informasiya vasitələrinə istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Liderlər, həmçinin Venesuelada azad və ədalətli seçkilərin keçirilməsi yolunu müzakirə ediblər.

Qeyd edək ki, Liviya Milli Ordusunun (LMO) komandanı marşal Xəlifə Xaftar aprelin 4-də öz qvvələrinə “Tripoliyə hücum” əmrini verib. Xaftar ordusu Liviyanın paytaxtından cənubda yerləşən Qaryan və Surman şəhərlərində hakimiyyəti ələ keçirib.

Həmçinin vurğulamaq lazımdır ki, 2011-ci ildə Liviya lideri Muammər Qəddafi devrilərək qətlə yetirildikdən sonra

bu ölkə hərbi-siyasi böhran burulğanından yaxa qurtara bilmir. Hal-hazırda ölkədə ikihakimiyyətlilik hökm sürür.

Ölkənin şərqində xalq parlamenti, qərbində və mərkəzdə isə Fəyyaz Sərracın milli barışıq hökuməti fəaliyyət göstərir.