Sudan parlamentinin spikeri aeroportda saxlanılıb

17 Aprel 2019 22:06 (UTC+04:00)

Sudan parlamentinin spikeri İbrahim Ömər Xartum beynəlxalq aeroportunda saxlanılıb. Trend-in məlumatına görə, bir müddət öncə isə Sudanın dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış prezidenti Ömər əl-Bəşir ev dustaqlığından paytaxt Xartumdakı həbsxanalardan birinə köçürülüb. Bundan başqa, Ömər əl-Bəşirin daha 11 tərəfdarının həbsi ilə bağlı qərar verilib.