Ronaldo: "Mən möcüzə yaratmağa qadir deyiləm"

17 Aprel 2019 22:36 (UTC+04:00)

"Yuventus"un hücumçusu Kriştianu Ronaldonun anası Dolores Aveyru Çempionlar Liqasının 1/4 final mərhələsinin "Ayaks"la cavab oyunundan (1:2) sonra oğlu ilə arasındakı söhbəti mətbuata açıqlayıb.
İtaliya mətbuatının yazdığına görə, Aveyru portuqaliyalı futbolçunun üzgün olduğunu bildirib: "Ronaldo kədərli idi, o, "Yuventus"la yarımfinala çıxmağı çox istəyirdi. Oyundan sonra dedi ki, ana, mən möcüzə yaratmağa qadir deyiləm. Çempionatda işlərimiz yaxşı gedir. Çempionlar Liqasında bir qədər bəxtimiz gətirmədi. Amma nə etmək olar, həyat davam edir".

Qeyd edək ki, dünən evdə "Ayaks"a 1:2 hesabı ilə uduzan "Yuventus" ÇL-lə vidalaşıb.