Xəzər üzrə işçi qrupun növbəti iclası iyulda İranda keçiriləcək

17 Aprel 2019 17:25 (UTC+04:00)

Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupun növbəti görüşü bu ilin iyulunda İranda keçiriləcək. SİA-nın məlumatına görə, bu barədə işçi qrupunun ötən gün və bu gün Nur-Sultanda keçirilən iclasının yekununda qəbul edilmiş kommunikedə deyilir.

Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın qəbulundan sonra ilk iclası fevralda Bakıda keçirilib.