Əli Kərimov bu dəfə özünü "Lamborcini" ilə yandırdı

17 Aprel 2019 10:28 (UTC+04:00)

Yalançı, böhtançı, şərbaz gördük, amma AXCP sədri Əli Kərimli kimi hapa-gopa basaraq, ətrafındakı kütləni barmağına dolayan qədərini görmədik. Belə getsə heç görməyəcəyik də...

Bugünlərdə diqqətimi Ə.Kərimlinin nəzarətində olan FB səhifələrində guya hansısa məmur balasının xarici ölkələrin birində bahalı avtomobillə qəza törətməsini əks etdirən video çəkdi. “Azərbaycanlı məmurun oğlu Londonda “Lamborcini” ilə belə qəza törədib” şərhi ilə ictimailəşdirilən videoda hətta “istinad” da olub. Yazılıb ki, “Videonu jurnalist Cavanşir Həsənli paylaşıb”. Çox pakizə, hətta aliyul əla!

Bilirik ki, Ə.Kərimli onsuz da pişik asqırarkən, it öskürərkən, öküz böyürərkən, xoruz banlayarkən və s. bütün bunların günahını atır hakimiyyətin üzərinə. Pişik asqırırsa, demək ki, onun qrip olmasına səbəb “iqtidar imiş”, it öskürərkən, itin angina xəstəliyinə tutulmasına səbəbi yenə də “hakimiyyət imiş”, öküz böyürürsə, xoruz banlayırsa, bu dəfə də “günahın” kimdə olduğu bəlliymiş...

Beləliklə, sözügedən məsələ sosial şəbəkədə ictimailəşdiriləndən sonra, Kərimlinin trol yığnağı başladı nə başladı, balta atan kim, bıçaq tullayan kim, ağzını böyük diametr boyunca açıb köpük fışqırdan kim... Əli də oturub kənardan hakimiyyəti söydürdüyü trollarına baxıb həzz alır, kef edir. Deyir ki: “Belə axmaqları idarə etməyə nə var ki, istədiyim zaman ambisiyalarıma görə eşşək kimi işlədirəm”.

Əslində axecepeçilərin sədrindən ayrı nə gözləməyə dəyərdi ki? Amma..!

Amma sonradan bəlli oldu ki, sözügedən “Lombarcini” heç də məmur-filan balasına məxsus deyilmiş, bu bahalı maşının sahibi dünyaca məşhur futbolçu Kriştiano Ronaldo imiş. London traktirlərində, bar və restoranlarında, kazinolarında ayağı ilə qazandığı yüz minlərlə avronu havaya səpərək, sərxoş halda avtomobilini idarə edib və qəza törədib, vəssəlam-şüttəmam!

Amma demə, Ronaldo heç özünün də xəbəri olmadan, Ə.Kərimlinin partiyasına – AXCP-yə üzv olub, üstəlik, “Milli Şura”ya da “zayavka” verib. Cəmil Həsənli isə yığacaq “koordinasiya şurasını” və Ronaldonun bu quruma üzv olması ilə bağlı səsvermə keçirəcək...

Təbii ki, bu cür düşük siyasi oyunbazlıqlar vasitəsi ilə özünü biabır edən Ə.Kərimlidən hər hansı ağıllı addımı gözləməyə dəyməzdi. Bilən-bilir ki, bu məxluq düşük və həyasız biri kimi, sabah-birigün Roma Papasının da AXCP-“Milli Şura”ya dəstək verdiyini iddia edər. Ancaq məsələnin məğzi heç bunda da deyil, məğz budur ki, görün kimlər “biz hakimiyyətə gələcəyik” iddiası ilə artıq 30 ilə yaxındır ki, xalqın, millətin zəhləsini aparır, üstəlik yuxarıda qeyd edilən sarsaq iddialarla. Ona görə də bu Əlinin ətrafı günü-gündən seyrəlir, tükənir və yox olur. Qalanlar varsa, onların da Kərimlidən qram da olsa heç bir fərqləri-filanları yoxdur. Elə belələri oralarda var-gəl etsələr yaxşıdır, sağlam cəmiyyətə daxil olub, çirkinliklərini, yoluxucu xəstəliklərini bulaşdırmamaları üçün.

RÖVŞƏN NURƏDDİNOĞLU

P.S. Deyirəm, nə olardı, Ronaldo gözünədöndüyüm onun başına gələn qəza hadisəsindən öz ambisiyalarına görə sui-istifadə edən Əli Kərimlini verərdi məhkəməyə ki, bəs a gəda, bu nə məsələdir? Bir də ki, görəsən Kriştiano özünün də xəbəri olmadan AXCP-yə üzv yazdırıldığını, “Milli Şura”ya isə adından “zayavka” verildiyini öyrənərsə nə olar? Məncə heç nə olmaz, sadəcə o Kərimlini futbol topu kimi çiləyib, "Milli Şura"nın qapısında dayanan Cəmil Həsənliyə ayaqları arasından qəşşşəng bir fırlatma qol vurar...