Bakıda rusiyalı qonaqlarla görüş keçirilib
27 Yanvar 2011 02:22 (UTC+04:00)
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RICC) Rusiyanın "Златоуст" nəşriyyat evinin baş direktoru Stannislav Qolubyev, baş redaktor Anna Qolubyeva və Bakı Slavyan Universitetinin Humanitar liseyinin direktoru Telman Cəfərovla görüş keçirilib. SİA-nın xəbərinə görə, ilk öncə qonaqlar Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin yeni binası ilə tanış olublar.
Onlar üçün Rusiya informasiya-təhsil mərkəzinin "Rus müzeyi: virtual filial" və B.H.Yeltsinin adına Dövlət Kitabxanasının elektron oxu zalının təqdimatı olub.
RİMM-nin rus dili üzrə tədris-metodoloji mərkəzində orta məktəblərin rus dili müəllimləri ilə görüş təşkil olunub. Görüşdə müştərək işlərin perspektivləri, respublikanın regionları və Bakı şəhərinin müəllimləri üçün nəşriyyat mütəxəssislərin iştirakı ilə seminarların təşkili məsələləri müzakirə edilib.