Turun ən yaxşı oyunçusu müəyyənləşib

16 Aprel 2019 17:26 (UTC+04:00)

“InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XXIV turunun ən yaxşı futbolçusu məlum olub. SİA-nın məlumatına görə, bu, “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydadır.

Millinin üzvü “Sabah”a qarşı görüşdə 79 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb. Araşdırmalara əsasən Riçard Almeyda turun ən yaxşı indeksə malik futbolçusudur.