XXIV turun rəmzi komandası müəyyənləşib

16 Aprel 2019 17:05 (UTC+04:00)

“InStat” şirkətinin təhlilinə əsasən Topaz Premyer Liqasının XXIV turunun rəmzi komandası müəyyənləşib. SİA rəmzi komandanı təqdim edir:

Qapıçı: Vaqner da Silva (“Qarabağ”)-3

Müdafiəçilər: Donald Qerye (“Qarabağ”)-6, Rəşad Sadıqov (“Qarabağ”), Bəxtiyar Həsənalızadə (“Zirə”)-2, İlkin Qırtımov (“Zirə”)-4

Yarımmüdafiəçilər: Abdullah Zubir (“Qarabağ”)-8, Riçard Almeyda (“Qarabağ”)-4, Markos Madera (“Qarabağ”)-5, Davit Volkov (“Qəbələ”)-2

Hücumçular: Mahir Mədətov (“Qarabağ”)-7, Ceyms Adeniyi (“Qəbələ”)-7

Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.