Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, USAID, Conterpart Azerbaijan-ın dəstəyi ilə "İRƏLİ" İctimai Birliyi və Azərbaycan Könüllülər İctimai Birliyi tərəfindən həyata keçirilən "Gənc Liderlərin Şəbəkələşmə bacarıqlarının artırılması" layihəsi çərçivəsində ötən ilin noyabr-dekabr ayları ərzində 4 zona təlim həyata keçirilib. SİA-nın xəbərinə görə, bu təlimlərə Sabirabad, Şəki, Şirvan və Sumqayıt şəhərlərindən olan ümümilikdə 120 nəfər qatılıb.
28-30 yanvar 2010-cu il tarixləri arasında layihə çərçivəsində yekun təlimlər keçiriləcəkdir. "İRƏLİ" İctimai Birliyinin Gənclər Mərkəzində baş tutacaq təlimlərdə indiyədək regionlarda keçirilmiş zonal təlimlərin ən fəal 70 nəfər gənci iştirak edəcəkdir. 3 gün davam edəcək tədbir zamanı ekspertlər tərəfindən iştirakçılara liderlik, effektiv ünsiyyət, şəbəkələşmə, komanda işinin təşkili, layihələrin yazılması mövzuları üzrə təlimlər keçiləcəkdir.
Əlavə edək ki, "İRƏLİ" İctimai Birliyi hər zaman öz fəaliyyətində regionlardan olan gənclərə xüsusi önəm verir və vaxtaşırı olaraq regionlarda irimiqyaslı layihələr həyata keçirir. "İnformasiya texnologiyaları akademiyası", "Yerli demokratiya həftəsi", "Gənc liderlər üçün payız universiteti", "Arxeoloji düşərgələr" və s. bunlara misal ola bilər.