SİA xəbər verir ki, görkəmli bəstəkar Fikrət Əmirovun “Sevil” operası əsasında tele-opera çəkilib. Layihənin ideya müəllifi “Mədəniyyət” kanalının direktoru Ramil Qasımovdur. Tamaşada rolları Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər Afaq Abbasova, Ramil Qasımov, İnarə Babayeva, Səbinə Vahabzadə, Cahangir Qurbanov, Əli İbrahimov və Fəhmin Əhmədli ifa ediblər.