Bədii gimnastlarımız Bolqarıstanda güclərini sınayıblar

15 Aprel 2019 14:07 (UTC+04:00)

Bolqarıstanın paytaxtı Sofiyada bədii gimnastika üzrə dünya kuboku yarışları keçirilib. SİA Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, turnirdə ölkəmizi milli komandamızın üzvləri Yelizaveta Luzan və Darya Sorokina təmsil ediblər.

Gimnastlarımız hər 4 alət üzrə öz güclərini sınayıblar. Çoxnövçülük xallarına əsasən, D.Sorokina 59.150 xalla yarışları 45-ci, Y.Luzan isə 56.100 xalla 51-ci yerdə bitiriblər.