Misir parlamentinin qanunvericilik komitəsi böyük səs çoxluğu ilə ölkə konstitusiyasının prezidentlik müddəti ilə bağlı maddəsində dəyişikliyi təsdiq edib.
SİA xarici ktləvi informasiya vasitələrinə istinadən xəbər verir ki, palatanın qanunvericilik komitəsi konstitusiyanın 140-cı maddəsinə düzəliş edib. Düzəlişin lehinə 43, əleyhinə 7 deputat səs verib.
Yaxın günlərdə ölkə parlamenti tam tərkiblə müvafiq dəyişiklikləri səsverməyə çıxaracaq.
Konstitusiya islahatlarının keçirilməsi təşəbbüsü ilə parlamentin 156 deputatı çıxış edib. Cari ilin fevralında Misir parlamenti konstitusiyada dəyişiklikləri vacib hesab etməklə qanunvericilik komissiyasına müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, yeni dəyişikliyə əsasən, prezidentlik müddəti 4 ildən 6 ilə qaldırılır. Bundan əlavə, dövlət başçısına vitse-prezidentlər təyin etmək hüququ da verilir.