"Trabzonspor" səfərdə qələbə qazandı

13 Aprel 2019 05:18 (UTC+04:00)

Futbol üzrə Türkiyə Superliqasında 28-ci tura start verilib.Turun açılış matçında "Trabzonspor" "Bursaspor"un qonağı olub və 1:0 hesabı ilə qalib gəlib.

"Bursaspor" - "Trabzonspor" - 0:1
Qol: Abdulkadir Ömür, 68

Bu qələbə ilə xalını 49-a yüksəldən Trabzon təmsilçisi turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. "Başakşəhər" 61 xalla 1-ci, "Qalatasaray" 55 xalla 2-ci, "Beşiktaş" 50 xalla 3-cüdür.