Ebola 751 can aldı

12 Aprel 2019 09:23 (UTC+04:00)

Konqo Demokratik Respublikasında təhlükəli Ebola virusuna yoluxanların sayı 1200 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat verib. Bunda öncə 1009 yoluxma halının, 629 nəfərin isə öldüyü açıqlanmışdı

“Virusa yoluxanların sayı 1186 nəfərə çatıb, 1120 fakt təsdiqlənib 66 halda şübhələr var”, - deyə nazirliyin açıqlamasında deyilir.

Rəsmi məlumata görə, 751 nəfər ölüb, 354 nəfər sağalıb, 316 nəfərdə müayinələr aparılır.

Ebola xəstəliyi insanlar və müəyyən növ heyvanlarda rast gəlinən öldürücü kəskin virus infeksiyasıdır. Konqoda mövcud Ebola epidemiyası 2018-ci ilin iyul ayının sonunda başlayıb.