Hulusi Akar ilə fransalı həmkarı arasında telefon danışığı olub

11 Aprel 2019 22:18 (UTC+04:00)

Türkiyə Milli Müdafiə naziri Hulusi Akar ilə fransalı həmkarı Florens Perli arasında telefon danışığı olub. Türkiyə mətbuatının yazdığına görə, söhbət zamanı Suriyadakı son siyasi proseslər və iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Akar danışıq zamanı Fransanın 24 aprel qondarma erməni soyqırımı ilə bağlı qərarından dolayı da narahatlığını ifadə edib.