Azərbaycan və Ukrayna arasındakı enerji məsələləri üzrə əməkdaşlıq perspektivləri hansı səviyyədədir?

26 Yanvar 2011 03:06 (UTC+04:00)
Yaxın günlərdə enerji sektorunda əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna işçi qrupunun ilk iclası keçiriləcək. SİA-nın xəbərinə görə, İşçi qrupunun iclası Bakıda təşkil olunacaq. Onun sözlərinə görə, bu iclasda iştirak etmək üçün Ukraynanın Energetika və Komür Sənayesi Nazirliyinin geniş nümayəndə heyəti gələcək. Azərbaycan və Ukrayna prezidentləri arasında danışıqlar əsasında yaradılan İşçi Qrupunun ilk görüşündə əməkdaşlıq perspektivləri nəzərdən keçiriləcək, uzun və orta müddətli əməkdaşlıq üzrə fəaliyyət planı hazırlanacaq. Bundan əlavə, iclasda əsas istiqamət olan neft və qaz sənayesi sahəsindəki qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunacaq.

Qeyd etmək lazımdır ki, ötən il Azərbaycan neftinin Ukryanaya ixracı kəskin surətdə, beş dəfədən artıq artırılıb. Bununla yanaşı, Ukrayna tərəfinin proqnozlarına əsasən, cari ildə alınan neft həcmi daha iki dəfə artıra bilər.