Tahir Kərimli: “Müxalifət liderləri bir-birinə nifrət edirlər ” RƏY-ÖZƏL

11 Aprel 2019 17:15 (UTC+04:00)

“Hər zaman bildirmişəm ki, bu müxalifət liderləri bir-birini heç vaxt səmimi olmayıblar, biri-birini sevməyiblər və qəbul etməyiblər”. Bunu SİA-ya açıqlamasında Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib. Onun sözlərinə görə, demək olar ki, həmişə bir-birinə qarşı intriqa aparıl və biri digərini gözdən salmaqla sıradan çıxartmağa çalışıblar: “Səbəbdə, ana müxalifət və ya müxalifətin lideri olmaq kimi iddialarını reallaşdırmaqdır. Hədəflərinə nail olmaqla xaricdən ayrılan maliyyə vəsaitinə daha çox sahib olmağa çalışırlar. Bu baxımdan da, müxaliflər bir-birini sıradan çıxartmaq üçün əllərindən gələni ediblər. Belə olan halda da müxalifətdə bu cür vəziyyət yaranır. Müxalifət düşərgəsini təmsil edən şəxslərin şəxsi ambisiyalarının olması onları çox acınacaqlı vəziyyətə salıb. Üzdə səmimi görünməyə çalışsalar da, əslində müxalifət liderləri bir-birinə nifrət edirlər. Yaradılan birliklər və ya irəli sürülən ideyalarda mənasızdır, xarici ağalarının sifarişlərdir. Reallıqda yaradılan bloklar bir-birinə hədsiz nifrət bəsləmələri səbəbində iflasa uğrayır. Bu cür müxalifət dağılmağa və sıradan çıxmağa məhkumdur. Yəqin ki, yaxın vaxtlar da, bu proqnozlar reallığa çevriləcək”.

GÜLYANƏ