Milli komandamız "Krılya Sovetov"la qarşılaşacaq

26 Yanvar 2011 02:58 (UTC+04:00)
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirəcək. Siasport.az saytı xəbər verir ki, komandamız Rusiyanın "Krılya Sovetov" klubunun əvəzedici heyəti ilə qarşılaşacaq. Oyun yanvarın 26-da, Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq.