Çingiz Abdullayevin yaradıcılığından danışan nazir deyib ki, yazıçı müxtəlif sahələrdə iz qoymuş şəxslərdəndir.
"İdmandan tutmuş mədəniyyətə qədər müxtəlif sahələrdə həyata keçirilən böyük layihələrdə Çingiz Abdullayevin adı çəkilir. Çingiz Abdullayev ölkəmizdə gedən proseslərdə də daim əsl ziyalı mövqeyini ortaya qoyur. O, öz yaradıcılığı ilə ölkəmizin güclü təbliğatçısına çevrilib". Bu sözləri mədəniyyət naziri Əbülfəs Qarayev bildirib. Nazir əlavə edib ki, dünyanın bir çox kitabxanalarını ziyarət etmişəm, hər yerdə Çingiz Abdullayevin kitablarına rast gəlmişəm: "Bu diqqətə görə mən Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Bir söz adamının belə dəyərləndirilməsi Azərbaycan ədəbiyyatına verilən yüksək dəyərdir”.