ÇL-də həftənin ən yaxşı futbolçusu kim olacaq?

11 Aprel 2019 11:53 (UTC+04:00)

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, həftənin ən yaxşısı adına “Liverpul”dan Roberto Firmino, “Ayaks”dan Frenki de Yonq, “Tottenhem”dən Son Hın Min və “Barselona”dan Jerar Pike namizəd göstərilib.

Qeyd edək ki, qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.