Çingiz Abdullayevlə görüş keçiriləcək

10 Aprel 2019 16:16 (UTC+04:00)

Sabah M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Maraqlı insanlarla görüş” klubunun növbəti məşğələsində Xalq yazıçısı, görkəmli detektiv ustası, Yazıçılar Birliyinin katibi Çingiz Abdullayevlə görüş keçiriləcək. Kitabxanadan SİA-ya bildirilib ki, tədbir çərçivəsində bu günlərdə ölkə başçısının Sərəncamı ilə görkəmli yazıçının təltif olunduğu “Şərəf” ordeninin təqdimat mərasimi də təşkil ediləcək.