Cüdo üzrə İtaliyanın Liqnano şəhərində gənclər, Çexiyanın Teplice şəhərində yeniyetmələr arasında ötən həftəsonu keçirilmiş Avropa kuboku yarışında azərbaycanlı hakimlər də ədalət təmsilçiləri arasında yer alıblar. SİA-nın məlumatına görə, beynəlxalq dərəcəli hakim Mətin Rəhimli Liqnano şəhərində keçirilən gənclər arasında Avropa kuboku yarışını idarə edib. Beynəlxalq dərəcəli hakimimiz Fariz Hüseynov isə Teplicedə keçirilən yeniyetmə cüdoçuların qitə kubokunda ədalət təmsilçisi olub.