Baş naziri müxalifət liderlərinə xəbərdarlıq edib

25 Yanvar 2011 10:04 (UTC+04:00)
Albaniya baş naziri müxalifət liderlərinə xəbərdarlıq edib. Baş naziri Sali Berişanın sözlərinə görə, hər hansı bir hökumət binası nümayişçilər tərəfindən hədəf alınsa, bu, müxalif Sosialist Partiyasının lideri Edi Ramaya baha başa gələcək. SİA-nın xəbərinə görə, dünən Rama keçən həftə öldürülən 3 nümayişçidən birinin dəfn mərasiminə qatılıb və o, insan tələfatına görə Berişanı günahlandırıb. Hökumət əleyhinə nümayişlərdə baş qaldırmış 3 nəfərin ölümü ilə nəticələnən zorakılıqlara görə Rama və Berişa bir-birini ittiham edib.