Bakıda gəlin maşını qəzaya düşüb

6 Aprel 2019 02:03 (UTC+04:00)

Dünən axşam saatlarında Bakıda Parlament prospektində yol-nəqliyyat hadisəsi qeydə alınıb. Trend-in məlumatına görə, qəza gəlin maşınının iştirakı ilə baş verib. Belə ki, gəlin maşını kimi kirayələnmiş 1938-ci il istehsalı olan "Çayka" retro avtomobilində olan bəy idarəetməni itirərək onu divara çırpıb.

Qəzanın səbəbi isə avtomobilin nasazlığı ilə əlaqələndirilir. Məlumata görə, sükan arxasında olan bəy yüngül xəsarətlər alıb.