Pako Alkaser "Bavariya" ilə oyunu buraxacaq

6 Aprel 2019 00:34 (UTC+04:00)

"Borussiya"nın futbolçusu Pako Alkaser Almaniya Bundesliqasının 28-ci turunda "Bavariya" ilə oyunu buraxacaq. "Kicker"in yaydığı xəbərə görə, buna səbəb 25 yaşlı hücumçunun əlindən zədəli olmasıdır. İspan oyunçu Münhen klubu ilə matç üçün heyətə daxil edilməyib. Qeyd edək ki, "Bavariya" - "Borussiya" görüşü sabah keçiriləcək.