"Prezident sosial siyasəti hər bir sahədən üstün tutur" ÖZƏL-RƏY

5 Aprel 2019 17:28 (UTC+04:00)

"Ümumiyyətlə cənab Prezident İlham Əliyev Azərbaycanda sosial siyasəti hər bir sahədən üstün tutur. Biz sosial dövlətik. Qanunlarımızda, Konstitusiyamızda da əks olunub ki, biz bazar iqtisadiyyatının sosial iqtisadi modelini seçmişik. Burada əsas məsələ ondan ibarətdir ki, ölkəmizin nüfuzu artdıqca, iqtisadi qüdrətimiz çoxaldıqca, sosial sahəyə ayrılan maddi və iqtisadi vəsaitlər getdikcə artmaqdadır". Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, hakim Partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov deyib.

"Düşünürük ki, bu günü-gündən daha da güclənir. Mən gənclərlə bağlı olan sosial paketi qeyd etmək istərdim. Bilirsiniz ki, Azərbaycanda ödənişsiz təhsil alanların nisbətinin artıq bu il 16 min, gələn il isə ümumi qəbulun 50 faizə çatdırılması ilə bağlı cənab Prezident Fərman imzalamışdır. Artıq onun icrasına bu ildən başlanılıb. Daha sonra tələbələrə verilən Prezident təqaüdlərinin artırılması həm Azərbaycanın iqtisadi gücündən, həm də ölkə başçısının Azərbaycan gəncliyinə bir daha göstərmiş olduğu diqqətin bariz nümunəsidir. Bunların hamısı cənab Prezidentimizin şəxsi təşəbbüsü ilə həyata keçirilir. Bildiyiniz kimi bu yaxınlarda Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüş keçirildi. Birinci vitse-prezident Mehriban Əliyeva hərbçilərlə səmimi söhbət etdi. Eləcə də şəhid ailələri ilə cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın görüşü, onların sosial problemlərinin həlli ilə yaxından maraqlanması və s. diqqətin bariz təcəssümüdür. Biz gənclər cənab Prezidentin yürütdüyü siyasəti dəstəkləyirik və hər zaman onun ətrafındayıq”-deyə, Seymur Orucov fikrini tamamlayıb.