Milliyə yeni futbolçu dəvət olunub

25 Yanvar 2011 02:25 (UTC+04:00)

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışına yeni futbolçu dəvət olunub. Siasport.az saytı xəbər verir ki, toplanışa MOİK-in üzvü Emin Cəfərquliyev çağrılıb.

Qeyd edək ki, toplanış yanvarın 25-dən fevralın 4-dək davam edəcək.