Falkao "Qenqam"la oyunu buraxacaq

4 Aprel 2019 16:38 (UTC+04:00)

Monako"nun futbolçusu Radamel Falkao Fransa çempionatının 31-ci turunda "Qenqam"la oyunu buraxacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, kolumbiyalı hücumçu "Kan"la matçda əzələsini dartıb. Bu səbəbdən o, növbəti görüşdə oynaya bilməyəcək.

Qeyd edək ki, "Qenqam" - "Monako" matçı aprelin 6-ı keçiriləcək.