Sərnişin qatarı ilə yük maşını toqquşub 15 nəfər yaralandı

4 Aprel 2019 16:17 (UTC+04:00)

Avstriyada sərnişin qatarı ilə yük maşını toqquşub. SİA-nın xəbərinə görə, hadisə nəticəsində qatarın ilk vaqonu relsdən çıxıb. Relsdən çıxan vaqon yük maşını əzib. Hadisə nəticəsində 15 nəfər və hər iki sürücünün ağır yaralandığı deyilir. Qəza yerində hərəkətin bərpa edilməsi istiqamətində işlər aparılır.