Kopellhausda Vokal musiqisi axşamı keçiriləcək- FOTO

25 Yanvar 2011 01:50 (UTC+04:00)
Yanvarın 25-də, saat 16.00-da Alman Azərbaycan Mədəniyyət Birliyi olan Kopellhausda Vokal musiqisi axşamı keçiriləcək. SİA-nın məlumatına görə, musiqi axşamında 3 saylı uşaq incəsənət məktəbinin III sinif şagirdi İbrahim Nəsrullayev ifa edəcək.

Konsertin proqramında Tofiq Quliyev, Rauf Hacıyev, Sevil Əliyeva, E. Kannio, italyan və xalq mahnıları yer alıb.