Poroşenko ilə Zelenskinin debatı olacaq

4 Aprel 2019 15:28 (UTC+04:00)

Ukrayna prezidenti Pyotr Poroşenko ilə şoumen Vladimir Zelenski arasında debat baş tutacaq. SİA-nın verdiyi məlumata görə, bu barədə Poroşenkonun “Facebook” səhifəsində yerləşdirilən videoda deyilir.

“Stadionda deməli stadionda. Vladimir Aleksandroviç, sizi gözləyirəm”-deyə Poroşenko stadionda debat təklifini qəbul edir.

Debatların Ukraynanın İctimai Televiziyası vasitəsilə yayımı gözlənilir.