ABŞ Ermənistana Azərbaycandan 16 milyon dollar daha çox pul yardımı edəcək

25 Yanvar 2011 01:02 (UTC+04:00)

Azərbaycan bu il ABŞ-dan 29,3 milyon dollar həcmində maliyyə yardımı alacaq. SİA-nın "foreignassistance.gov" saytına istinadən verdiyi məlumata görə, maliyyə yardımı 2011-ci ildə ABŞ-ın müxtəlif ölkələrə demokratiya, sülh və iqtisadi inkişaf üçün etdiyi yardım çərçivəsində veriləcək. Belə ki, bu yardım müəyyən istiqamətlər üzrə bölünüb: 8,5 milyon - sülh və təhlükəsizlik, 9,8 milyon demokratiya, insan haqları, idarəçilik, 4,1 milyon - səhiyyə, 6,4 milyon - iqtisadi inkişaf və 0,6 milyon humanitar sahələrə ayrılıb.

 

Eyni zamanda Ağ Ev rəhbərliyi Ermənistana da maddi yardım ayırılıb. Rəsmi İrəvan Azərbaycandan nisbətdə daha çox yəni 45,2 milyon maliyyə yardımı alacaq. Gürcüstana 90,1 milyon, Rusiyaya 68,7 milyon, Türkiyəyə isə 5,9 milyon dollar maddi yardım ayırılıb.