Robert Levandovski: "Belə bir karyera qurduğum üçün xoşbəxtəm"

1 Aprel 2019 13:54 (UTC+04:00)

Almaniyanın "Bavariya" klubunun hücumçusu Robert Levandovski transferi haqda qərarını verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, polşalı futbolçu adının bir çox klubla hallanmasına baxmayaraq, Münhen təmsilçisində qalmaq istədiyini deyib: "Müqaviləm 2021-ci ildə başa çatacaq. Ancaq burada daha uzun müddət qalmağı xəyal edirəm. Dünyanın ən yaxşı "9 nömrə"si olduğumu göstərmək üçün əlimdən gələni edirəm. Meydana çıxanda hər dəfə özümü sübut etmək məcburiyyətindəyəm. Qol vuranda və komanda qələbə qazananda hər şey möhtəşəm olur. Belə bir karyera qurduğum üçün xoşbəxtəm".

Qeyd edək ki, 30 yaşlı hücumçu cari mövsüm 37 oyuna 31 qol vurub, 12 qol ötürməsi edib.