"Tottenhem" bu futbolçusunu satışa çıxardı

1 Aprel 2019 05:05 (UTC+04:00)

"Tottenhem" klubu, futbolçusu Kristian Erikseni satmağa hazırdır. Britaniya mətbuatının yazdığına görə, İngiltərə klubu 27 yaşlı yarımmüdafiəçiyə 150 milyon avro qiymət qoyub. Qeyd edək ki, Eriksenin "Tottenhem"lə müqaviləsi 2020-ci ilin iyununda başa çatır. Onunla "Real"ın maraqlandığı iddia olunur.