İranın neft naziri Moskvaya gedir

30 Mart 2019 13:14 (UTC+04:00)

İranın neft naziri Bijan Namdar Zanqane aprelin 1-də Moskvaya səfər edərək rusiyalı həmkarı Aleksandr Novakla görüş keçirəcək. SİA-nın verdiyi məlumata görə, bu barədə “SHANA” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Moskvadakı danışıqlarda Zanqane energetika məsələlərini və ABŞ-ın İranın neft sektoruna tətbiq etdiyi sanksiyaları müzakirə edəcək.