Prodüser-aparıcı Tarix Əliyevlə (Tolik) şairə Nazilə Səfərli küsülü imiş. SİA-nın məlumatına görə, Tolik bu haqda verilişində bildirib ki, küsmələrinə səbəb Nazilənin sosial şəbəkədə yazdığı status olub: "Həmin sözləri özümə də aid etdim. Ona görə də, etirazımı bildirdim və Naziləni "qara siyahı"ya atdım, "İnstagram" səhifəmdən sildim".
Qeyd edək ki, Nazilə "İnstagram"da onu izləyən məşhurlara səslənərək bu sözləri yazmışdı: "Məni izləmədən çıxarın. İnanın, əsl bayram hədiyyəsi etmiş olarsınız".