Hindistanın Qudcarat ştatında Hindistanın müstəqilliyi uğrunda savaşan qəhrəman Sardar Patelin heykəli yenidən ucaldılıb. Bu nəinki Hindistanda, həm də bütün dünyada ən hündür monumentdir. SİA-nın məlumatına görə, 182 metrlik qəhrəmana 22,9 milyarda yaxın rupi xərclənib, bu da təxminən 330 milyon dollar edir. İnşaat üçün 2500 fəhlə və Patelin fiqurunun 5000 bürünc hissəsi lazım olub.Sardar sadəcə Qudcarat ştatını bəzəməyəcək, həm də əsas məqsəd - turistləri cəlb etməkdir. 153 metr yüksəklikdə, təxminən fiqurun sinəsinin səviyyəsində baxış meydançası inşa etmək planlaşdırılıb.
Monumentin ilk təməl daşı 2013-ci ilin noyabr ayında qoyulub, açılış isə 31 oktyabr-baş nazir Narenda Modinin andiçmə mərasimi günü keçirilib.