Oyun zamanı hakimin üzərinə qaynar su töküblər

29 Mart 2019 10:38 (UTC+04:00)

Argentinada oyun zamanı hakimin üzərinə qaynar su töküblər. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hadisə 6-cı liqanın "Marquesado" - "San Martin" oyununda baş verib. Matçın son dəqiqələrində tribunadan bir nəfər yan xətt hakimi Rozana Pasın üzərinə butulkadan qaynar su töküb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan 46 yaşlı qadın hakim xəstəxayana aparılıb.

Olayla bağlı danışan Rozana Pas belə deyib: "Kürəyimdə istilik hiss etdim. Əsas hakimi yanıma çağırdım və kürəyimə baxmasını istədim. Birdən kürəyim yanmağa başladı. O, tez soyuq su tökdü. Həkimlər ağır yanıq xəsarəti aldığımı dedi. Bunu edənin qadın və ya kişi olmasının fərqi yoxdur. Qorxub geri çəkilməyəcəyəm və işimi davam etdirəcəyəm. Futbolda qadın olmaq çətidir, amma məni dayandıra bilməyəcəklər".